24 
Apr
2017
19:00
213
55
1884
Virtual karabakh

Səudiyyə Ərəbistanının energetika naziri Azərbaycana gəlir

24 Apr, 2017
19:00
1884

Səudiyyə Ərəbistanının energetika naziri Azərbaycana gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Energetika naziri Natiq Əliyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Messad İbrahim Əl-Sulaimi qəbul edib.

Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.

SOCAR nümayəndələrinin də iştirakı ilə baş tutan görüşdə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihinin aprelin 25-27-də Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihinin Bakıya səfəri çərçivəsində energetika naziri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov və SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşü nəzərdə tutulub.

Xalid Əl Falihinin öz istəyinə uyğun olaraq Bibiheybət və Səngəçala baş çəkməsi də səfər proqramına daxil edilib.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri