25 
Apr
2017
14:40
36
143
8666
Virtual karabakh

Valyuta hərracından sonra banklarda dolların qiyməti – YENİLƏNİB

25 Apr, 2017
14:40
8666

Valyuta hərracından sonra banklarda dolların qiyməti – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün hərrac sonrası Azərbaycan kommersiya banklarında dolların daha da bahalaşması müşahidə olunur. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, hərracda bahalaşan dolların hazırda ən sərfəli alış məzənnəsi “Nikoil Bank”da - 1,6720 manata, ən sərfəli satışı isə “Amrahbank” və “Bank Silk Vey”dədir - 1,6800 manat.

Belə ki, “Günaybank” hərracdan əvvəl dolları 1,6650 manata alıb, 1,6670 manata satırdı. İndi bu göstəricilər müvafiq olaraq 1,6700 və 1,6800 manata bərabərdir.

“Bank BTB” dolların yalnız alış məzənnəsini 1,5 qəpik bahalaşdırıb - 1,6500 manatdan 1,6650 manatadək. “Unibank”da, həmçinin ABŞ valyutasını alışını 1 qəpik bahalaşdırıb: 1,6500 manatdan 1,6600 manatadək.

10:54

Bu gün səhər dünən axşam saatları ilə müqayisədə Azərbaycan banklarının dolların məzənnəsini bahalaşdırdığı müşahidə olunur. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, hazırda dolların ən sərfəli alış məzənnəsi 1,6700 manata, satış - 1,6750 manata bərabərdir.

Belə ki, “Yapı Kredi Bank Azərbaycan” dünən axşam dolları 1,6300 manata alıb, 1,6900 manata satırdı. İndisə bu göstəricilər müvafiq olaraq 1,6500 və 1,6960 manat təşkil edir.

“Bank of Baku” və “VTB Bank Azərbaycan” dolların alış qiymətini bahalaşdırıb: “Bank of Baku” 1,6550 manatdan 1,6600 manatadək; “VTB Bank Azərbaycan” 1,6400 manatdan 1,6500 manatadək.

“NBC Bank” isə ABŞ valyutasının alış məzənnəsini ucuzlaşdırıb, satışı bahalaşdırıb: alış - 1,6500 manatdan 1,6400 manatadək; satış - 1,6800 manatdan 1,6900 manatadək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri