25 
Apr
2017
14:00
42
129
1562
Virtual karabakh

Natiq Əliyev: Hasilatın azaldılması Azərbaycanın xeyrinədir

25 Apr, 2017
14:00
1562

Natiq Əliyev: Hasilatın azaldılması Azərbaycanın xeyrinədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan neftin hasilatının azaldılması ilə bağlı əldə olunmuş razılaşmanın müddətinin uzadılmasını dəstəkləyir”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Energetika naziri Natiq Əliyev bildirib.

“Bildiyiniz kimi, mayın 24-də OPEK üzvləri və kartelə daxil olmayan ölkələrin nümayəndələri bir daha toplaşacaq və Monitorinq Qrupunun hesabatı dinləniləcək. 

Bu hesabatdan və müzakirələrdən asılı olaraq, hasilatın azaldılmasına dair razılaşmanın müddətinin uzadılıb-uzadılmaması ilə bağlı qərar veriləcək. 

Lakin mən hesab edirəm ki, ötən ilin dekabr ayında qəbul edilən qərar bazara öz müsbət təsirini göstərdi. Biz görürük ki, cari ilin yanvar ayından, yəni hasilatın azaldılmasına dair əldə olunan razılaşmanın qüvvəyə mindiyi vaxtda etibarən neftin qiyməti stabil olaraq 50-60 dollar arasında qalmaqdadır. 

Bu, onu göstərir ki, görülmüş tədbirlər bazara müsbət təsirini göstərdi. Bu səbəbdən hesab edirəm ki, stabilliyin qorunması və daha yaxşı nailiyyətlər əldə etmək üçün hasilatın azaldılması ilə bağlı razılaşmanın müddəti uzadılmalıdır. Bu qərar Azərbaycanın xeyrinədir”, - deyə nazir qeyd edib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri