25 
Apr
2017
15:33
8
124
5426
Virtual karabakh

“Vergi Məcəlləsi”nə dəyişiklik təsdiq edildi

25 Apr, 2017
15:33
5426

“Vergi Məcəlləsi”nə dəyişiklik təsdiq edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiqlənib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, layihəni təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişiklikdə məqsəd beynəlxalq daşıma anlayışının dəyişdirilməsi ilə bağlıdır.

Dəyişikliklə beynəlxalq daşıma - yük, sərnişin, baqaj və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycanda yerləşən göndərilmə məntəqəsi ilə digər dövlətdəki təyinat məntəqəsi arasında daşınmasıdır.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri