25 
Apr
2017
15:25
149
29
15011
Virtual karabakh

“Vurğun Residence” Premium Yaşayış Kompleksi mənzilləri sahiblərinə təhvil verdi – FOTO

25 Apr, 2017
15:25
15011

“Vurğun Residence” Premium Yaşayış Kompleksi mənzilləri sahiblərinə təhvil verdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yerləşməsi, memarlıq işləməsi və təqdim etdiyi həyat alternativləri ilə “Son Zamanların Proyekti” olaraq inşa edilən “Vurğun Residence” təqdim etdiyi fərqli mənzil seçim imkanlar, sosial sahələri, yüksək investisiya dəyərləri və geniş sahəli yaşıl əraziləri ilə diqqət çəkməkdədir.

Bakı şəhərinin ən fərqli layihəsi hesab olunan “Vurğun Residence” yaşayış kompleksi inşaasında tutduğu keyfiyyət dəyərləri ilə müştərilərinə verdiyi vədi tutaraq proyektin tamamlanmasına qısa müddət qalmış mənzilləri sahiblərinə təhvil verdi.

“PAŞA Bank” tərəfindən İlkin ödəniş 10% və 20 illik ipoteka müddətinə təklif olunan fürsətlərdən yararlanmaqla ev sahibi edəcək yeni layihə şəhərin ən möhtəşəm layihəsinə cevrildi.

2017-Cİ İLİN ƏN SEÇİLƏN LAYİHƏSİ

Son illərin ən sürətli inkişafı ilə fərqlənən “PMD Group” şirkəti 18 mərtəbəli 4 blokdan ibarət “Vurğun Residence” Premium Yaşayış Kompleksi ilə şəhərin ən seçilən və möhtəşəm layihələrindən birinə imza atdı.

Şəhərin düz mərkəzində yerləşən “Vurğun Residence” son dövrlərin ən gözdə olan layihəsi olaraq 194 ədəd yaşayış mənzil, 221 avtodayanacaq sayı, fitnes zalı, hovuz, voleybol və futbol meydançaları, uşaq bağçası, məktəbəqədər təhsil mərkəzi, daxili həyətyanı sahə, ofis və iaşə obyektləri ilə 2017-ci ilin ən seçilən layihəsinə çevrilmişdir.

Yaxınlıqda “28 May” və “Nizami” metro stansiyaları, Zabitlər bağı və Atatürk parkı, Bakı Dövlət Sirki, təhsil mərkəzləri, şəhər klinik xəstəxanaları, Türkiyə və Rusiya səfirlikləri, müxtəlif alış-veriş mərkəzləri və məscidin yerləşməsi bu zonaya prestij əlavə etməklə yanaşı, sakinlərin rahatlığına rahatlıq qatmaqdadır.

Mənzil içindən sosial sahələrə kimi tam bir yaşam təqdim edən “Vurğun Residence” yüksək keyfiyyətli materialları və qüsursuz işçiliklə modern görünüşü birləşdirərək kompleks konseptində Premium səviyyəli həyatı müştəri və sakinlərinə təqdim edir.

Müştərilərə fərqli ipoteka təklifi...

Təmin etdikləri asanlıq və imkanlar ilə hər zaman müştərilərdən yana olduqlarına vurğulayan “Vurğun Residence” “PAŞA Bank” tərəfindən İlkin ödəniş 10% olmaqla ipoteka ilə mənzil əldə etmək fürsətini təqdim edir.

Təklif olunan ipoteka “PAŞA Bank” tərəfindən manatla təqdim olunur və uyğun faiz dərəcələri ilə yanaşı, 20 illik (240 aya çatan) ipoteka imkanları ilə gələcəyə olan sərmayələrinizi gücləndirilməsində əsaslı bir zəmanət yaratmaqdadır.   

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri