25 
Apr
2017
16:05
272
23
2364
Virtual karabakh

Gəncədə kiçik tutumlu təyyarə və helikopterlər yığılacaq

25 Apr, 2017
16:05
2364

Gəncədə kiçik tutumlu təyyarə və helikopterlər yığılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gəncədə kiçik tutumlu təyyarələrin və helikopterlərin yığılmasını həyata keçirən yeni müəssisə qurulacaq”.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Avstriyanın ölkəmizdəki səfiri Aksel Vexin Gəncəyə səfəri zamanı şəhər icra hakimiyyətində gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı müzakirələrin gedişində səsləndirilib.

Avstriya ilə iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlıq etməkdə maraqlı olduqlarını deyən Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, aparılan danışıqlardan sonra həmin ölkədən kiçik tutumlu təyyarə və helikopterlərin yığımını həyata keçirən müəssisənin yaradılmasına dair razılıq məktubu alınıb.

Razılaşmaya əsasən, müəssisə Avstriya dövlətinin köməyi ilə Gəncə Beynəlxalq Hava Limanının yaxınlığındakı 30 hektar ərazidə qurulacaq. İlkin mərhələdə burada kiçik tutumlu təyyarələr yığılacaq və təmir ediləcək. 

İkinci mərhələdə isə helikopterlərin yığılmasına başlanılacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri