25 
Apr
2017
18:19
12
112
2663
Virtual karabakh

“Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik edilib

25 Apr, 2017
18:19
2663

“Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Məclisinin bugünkü plenar iclasında “Müflisləşmə və iflas haqqında” qanuna dəyişikliklər təsdiq edilib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, dəyişikliklərlə bağlı hazırlanan qanun layihəsi müflisləşmə zamanı təyin olunan əmlak inzibatçısının hüquq və vəzifələrini, borclunun kreditorlarının hüquqlarını, müəssisənin sağlamlaşdırma şərtlərini, müflisləşmə zamanı ödənişlərin növbəliliyini, borcluya aidiyyəti olan şəxsləri dəqiqləşdirmək məqsədi ilə hazırlanıb.

Dəyişikliklə əmlak inzibatçısının hüquqlarına borc (kredit) müqavilələri bağlamaq da əlavə olunacaq. 

Borclunun təsərrüfat fəaliyyətini idarə etmək və bu məqsədlə borclunun adından əqdlər, o cümlədən müqavilələr, razılaşmalar və güzəştli sazişlər, habelə borc müqavilələri bağlamaq və ya bağlanılmış əqdlərin icrasını davam etdirmək əmlak inzibatçısının hüququdur.

Dəyişikliklə qanuna borclunun vəsaitlərinin satılmasına dair 24.1 maddə əlavə olunub. Bu maddəyə əsasən, borclunun əsas vəsaitlərinin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və kreditorların yığıncağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və ya qanunun 26-cı maddəsində müəyyən edilmiş hallar olduqda digər üsullarla həyata keçirilir.
26-cı maddə borclunun aktivlərinin digər üsullarla satılmasını nəzərdə tutur. 

Bu maddəyə edilən dəyişikliklə borclunun əmlakının digər üsulla satılması üçün əmlak inzibatçısının əsaslı qənaəti deyil, kreditorların yığıncağının əsaslı qənaəti əsas kimi götürüləcək.

40-cı maddəyə edilən əlavəyə əsasən, sağlamlaşdırma məsələsinə baxılması məqsədilə iflas prosesinin dayandırılması barədə istənilən vaxt məhkəməyə kreditor da müraciət edə bilər.

Dəyişiklikdən əvvəlki qanuna əsasən, isə ancaq borclunun müraciət etmək hüququ var.
55-ci maddəyə (borclunun öz əmlak hüquqlarının məhdudlaşdırılması) edilən əlavəyə görə, borclunun ödəmə qabiliyyətsizliyinə səbəb olan aşağı qiymətləndirilmiş (digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan qiymətlərin aşağı həddindən az qiymətlə) əqdlər bağlandıqda, əmlak inzibatçısı borclunun öz əmlak üzərində hüquqlarının hər hansı şəkildə verilməsinin məhdudlaşdırılması barədə qanunverciliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

Layihədə qeyd olunub ki, borcluya aidiyyəti olan şəxslər əmlak inzibatçısı seçilə bilməz.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri