26 
Apr
2017
09:34
37
173
4401
Virtual karabakh

Bakıda torpağın qiyməti qalxa bilər

26 Apr, 2017
09:34
4401

Bakıda torpağın qiyməti qalxa bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mart ayında Bakıda torpaq bazarında qiymətlər dollarla ifadədə 1,51 faiz artıb, manatla ifadədə 1,2 faiz azalma müşahidə edilib.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimovun sözlərinə görə, ilin əvvəli ilə müqayisədə torpağın qiymətlərində dollarla ifadədə 3,96 faiz artım, manatla ifadədə isə 1,69 faiz azalma var, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qiymətlər dollarla ifadədə 1,35 faiz, manatla ifadədə isə 13,78 faiz artıb.

Ekspert bildirib ki, mart ayında torpaq bazarında aktivlik 1,1 faiz artıb. Onun sözlərinə görə, aktivliyin artması öz növbəsində növbəti aylarda qiymətlərin də artmasına səbəb ola bilər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri