26 
Apr
2017
12:04
159
40
2416
Virtual karabakh

Nazir: Azərbaycan tranzit daşımalarda mühüm tərəfdaşlardan biridir

26 Apr, 2017
12:04
2416

Nazir: Azərbaycan tranzit daşımalarda mühüm tərəfdaşlardan biridir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkəmizin nəqliyyat sektorunun müasirləşdirilməsi və inkişafı üçün məqsədyönlü dövlət siyasəti aparır. Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün dəmir yolu, hava və su nəqliyyatında əsaslı işlər aparılır. Yük və sərnişin daşımalarının həcmi artır”.

Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda təşkil edilən Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Road&Traffic 2017” sərgisinin açılışında Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

“Cənab prezidentin daim vurğuladığı kimi tranzit daşımalar təbii sərvətlər ilə müqayisədə qat-qat qiymətlidir. Tranzit üçün yaradılan etibarlı və müasir infrastruktur imkan verir ki, qoyulan investisiyalar gəlirə çevrilsin. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan hazırda dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir.

Hazırda Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşası aparılır. Limanın yaxınlığında yaradılan xüsusi azad ticarət zonası ölkəmizə investisiya yatırımı üçün geniş şərait yaradır. İrəlidə görülən işlər çoxdur, inanıram ki, qarşımızda qoyulan vəzifələri layiqincə həyata keçirəcəyik”, - deyə R.Quluzadə bildirib.

Nazir sərginin nəqliyyat sektorunda əhəmiyyətindən də danışıb:

“Ölkəmizdə ənənəvi olaraq hər il keçirilən Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Road&Traffic 2017” beynəlxalq sərgisinə maraq ildən-ilə artmaqdadır.

İnanıram ki, ən son texnologiyaların və yeniliklərin nümayiş olunduğu bugünkü tədbirimiz də həmişə olduğu kimi təcrübə mübadiləsinə və yeni əməkdaşlıqların qurulmasına xidmət edəcək”.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri