26 
Apr
2017
15:08
25
88
3702
Virtual karabakh

Zakir Nuriyevdən “exchange”lərin bərpasına dair bəyanat

26 Apr, 2017
15:08
3702

Zakir Nuriyevdən “exchange”lərin bərpasına dair bəyanat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Exchange”lərin açılması valyuta bazarında yaranan boşluğu dolduracaq”.

Oxu.Az xəbər verir ki, bu barədə Fins.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, atılan hər addım səbəbsiz deyil, “exchange”lərin yenidən bərpasında da məqsəd valyuta bazarında yaranan çətinlikləri aradan qaldırmaqdır:

“Azərbaycana gələn xarici turistlərin sayı artır. Turistlərin valyutadəyişmə əməliyyatlarını rahat həyata keçirmələrinə ehtiyac var. Banklar isə bu tələbi tam həyata keçirə bilmirdi. 

“Exchange”lərin yenidən bərpası da turistlərin valyuta dəyişməklə bağlı çətinliklərini aradan qaldırmaq məqsədi daşıyır”.

Z.Nuriyev hesab edir ki, “exchange”lərin bərpası, eyni zamanda “qara bazar”ı da sıradan çıxaracaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri