26 
Apr
2017
16:27
77
18
1570
Virtual karabakh

Assosiasiya prezidenti: Bankların birləşməsi davam edəcək

26 Apr, 2017
16:27
1570

Assosiasiya prezidenti: Bankların birləşməsi davam edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bankların konsolidasiya prosesi davam edəcək”. 

Oxu.Az xəbər verir ki, bunu Fins.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, “AtaBank” və “CDB Bank”ın birləşməsindən sonra bank bazarında konsolidasiya ilin sonuna qədər davam edəcək. 

Konkret olaraq neçə bankın və hansı bankların birləşmə ehtimalının olduğuna gəlincə, Z.Nuriyev bu barədə məlumatlı olmadığı deyib.

Bununla belə, o əlavə edib ki, bank sisteminin sağlamlaşdırılması üçün bu prosesə ehtiyac var. 
Amma bank sektorunda yeni birləşmələr baş tutarsa, bu, məcburi addım olmayacaq, əksinə, bank səhmdarlarının qərarlarından asılı olacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri