27 
Apr
2017
15:26
35
126
10022
Virtual karabakh

Valyuta hərracından sonra banklarda dolların qiyməti – YENİLƏNİB

27 Apr, 2017
15:26
10022

Valyuta hərracından sonra banklarda dolların qiyməti – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən keçirilmiş valyuta hərracında dolların 1,7025 manat səviyyəsində stabil qalmağına baxmayaraq, bəzi banklarda dolların məzənnəsinin bir qədər də artdığı müşahidə olunur. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, hazırda dolların ən sərfəli alış məzənnəsi “Turanbank”dadır - 1,6850 manat; ən sərfəli satış məzənnəsi isə “Amrahbank”, “Günaybank” və yenə də “Turanbank”dadır - 1,6950 manat.

Belə ki, səhər saatları ilə müqayisədə “Bank Respublika” ABŞ valyutasının alış qiymətini 2 qəpik, satış - 0,5 qəpik bahalaşdırıb: alışı 1,6300 manatdan 1,6500 manatadək, satışı 1,7050 manatdan 1,7100 manatadək.

“Ziraat Bank Azərbaycan” dolların alış məzənnəsini 3,5 qəpik bahalaşdırıb - 1,6400 manatdan 1,6750 manatadək. “NBC Bank”, həmçinin alış kursunu bahalaşdırıb - 1,6750 manatdan 1,6800 manatadək.

“Turanbank” isə alışı 1 qəpik bahalaşdırıb, satışı 0,5 qəpik ucuzlaşdırıb: alışı - 1,6750 manatdan 1,6850 manatadək; satışı 1,7000 manatdan 1,6950 manatadək.

10:28

Bu gün səhər dünən axşam saatları ilə müqayisədə bir sıra Azərbaycan banklarının ABŞ valyutasının alış qiymətini yüksəltdiyi müşahidə olunur. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1,6820 manata, satışı isə 1,6950 manata bərabərdir.

Belə ki, “Bank BTB” dünən dolları 1,6650 manata alırdı. İndi bu göstərici 1,6700 manat təşkil edir. “Bank Silk Vey”, həmçinin alış qiymətini 1 qəpik bahalaşdırıb: 1,6600 manatdan 1,6700 manatadək.

“Unibank” da dolların alış qiymətini bahalaşdıran banklar sırasındadır. Bu bank alışı 1,6780 manatdan 1,6800 manatadək artırıb.

“Günaybank” dolların həm alışını, həm satışını bahalaşdırıb: alış - 1,6800 manatdan 1,6820 manatadək; satış - 1,6920 manatdan 1,6950 manatadək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri