27 
Apr
2017
14:17
187
28
2245
Virtual karabakh

Çin nefti ən baha qiymətə Azərbaycandan alır

27 Apr, 2017
14:17
2245

Çin nefti ən baha qiymətə Azərbaycandan alır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin 2017-ci ilin yanvar-mart aylarında neft idxalını 15% artıraraq 104,77 mln. tona çatdırıb. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, cari ilin I rübündə neft idxalı Çinə 40,82 mlrd. dollara başa gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 78,7% çoxdur.

Hesabat dövründə Çinin ən iri neft təchizatçısı Səudiyyə Ərəbistanı olub. Çin krallıqdan 14,36 mln. ton neft idxal edib ki, bu da 4,9% çoxdur. Səudiyyə Ərəbistanın bu əməliyyatlardan qazancı 5,72 mlrd. dollar olub ki, bu da ötən ilin I rübü ilə müqayisədə 64,1% artımdan xəbər verir. 

Səudiyyə Ərəbistandan idxal olunan neftin 1 tonunun orta qiyməti 144 dollar artaraq 398 dollara çatıb. Qeyd edilən müddət ərzində Rusiya Çinə neft ixracını 12% artıraraq 13,58 mln. tona çatdırıb. Rusiyanın Çinə satdığı neftin 1 tonu 145 dollar bahalaşaraq 406,5 dollara çatıb.

Çinin üçüncü ən iri neft təchizatçısı isə Anqoladır. Afrika ölkəsindən Çinə 12,88 mln. ton neft ixrac olunub ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 12,7% çoxdur. 

Anqolanın Çinə satdığı neftdən əldə etdiyi gəlir 64,3% artaraq 5,06 mlrd. dollar təşkil edib. Çinin Anqoladan idxal etdiyi neftin 1 tonunun orta qiyməti 123 dollar artaraq 393 dollara çatıb.

Hesabat dövründə Çin, həmçinin İraq, Oman və İrandan neft idxalını müvafiq olaraq 19,6%, 9,1% və 8% artırıb. Ötən rüb ərzində İraq Çinə 9,6 mln. ton, Omandan 8,87 mln. ton, İrandan 6,82 mln. ton neft idxal edib.

Hesabat dövründə Çinin idxal etdiyi ən bahalı neft Azərbaycan neftidir - 1 ton 436,7 dollar. Ən ucuz nefti isə Venesueladan alır - 1 tonu 298,8 dollar.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri