27 
Apr
2017
11:05
143
21
3751
Virtual karabakh

Ölkədə on bir bank zərərlə işləyib

27 Apr, 2017
11:05
3751

Ölkədə on bir bank zərərlə işləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin birinci rübündə Azərbaycan bank sektorunun xalis mənfəəti 127 milyon 211,32 min manat təşkil edib. 

Oxu.Az “Report”a istinadən xəbər verir ki, mənfəətlə işləyən bankların xalis mənfəəti 173 milyon 304,5 min manat, zərərlə işləyən bankların xalis zərəri isə 46 milyon 93,18 min manat olub. 

Birinci rübü ölkədə fəaliyyət göstərən 32 bankdan 21-i mənfəətlə, 11-i zərərlə yekunlaşdırıb.
Bu barədə bankların rüblük maliyyə hesabatlarından məlum olur.

Mənfəətlə işləyən bankların mənfəətinin 52%-i və ya 90 mln. manatı Azərbaycan Beynəlxalq Bankının payına düşüb.  

Xatırladaq ki, bankların bəzilərinin birinci rübü zərərlə yekunlaşdırması onların aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları artırması nəticəsində olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumata əsasən, cari ilin yanvar-fevral ayları ərzində bank sektorunun xalis mənfəəti 50 mln. manat olub.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri