27 
Apr
2017
15:52
74
41
8528
Virtual karabakh

Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb – YENİLƏNİB

27 Apr, 2017
15:52
8528

Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün valyuta hərracına çıxarılan valyutanın 11 milyon 560 min dolları satılmadı. 

Oxu.Az xəbər verir ki, Fins.az-ın bank dairələrindən əldə etdiyi məlumata görə, hərracda satılan 23 milyon 440 min dollar nəticəsində məzənnə stabil olaraq 1,7025 AZN/USD səviyyəsində saxlanılıb.

Məlumata əsasən, bu valyuta hərracı son hərraclardan fərqli olaraq daha çox bankın iştirakı ilə fərqləndi. Belə ki, orta hesabla 1,70 AZN-dən yuxarı olan məbləğdə 20 sifariş qəbul olunub.

Sifarişlər arasında ən minimal kurs 1,7000 AZN-dən, ən maksimal isə 1,7032 AZN səviyyəsində olub. Lakin bugünkü hərracda iri məbləğli sifarişlərin sayı çox olmayıb.

13:18

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7025 səviyyəsində formalaşıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri