27 
Apr
2017
17:40
94
187
2981
Virtual karabakh

Neftin qiyməti 40 dollara kimi ucuzlaşa bilər – PROQNOZ

27 Apr, 2017
17:40
2981

Neftin qiyməti 40 dollara kimi ucuzlaşa bilər – PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

OPEK və ona üzv olmayan neft ölkələri 30 iyun tarixində bitən neft hasilatının azaldılması barədə Vyana anlaşmasının müddətini uzatmasa, neftin qiyməti 40 dollar/barelə və ya daha da aşağı düşə bilər. 

Oxu.Az-ın məlumatına görə, “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə BƏƏ-nin Əbu-Dabi əmirliyinin suveren rifah fondu olan “Abu-Dhabi Investment Authority”nin Araşdırma Departamentinin rəhbəri Kristof Ruel (Christof Ruehl) Dubayda keçirilən konfransda bildirib.

K.Ruel bildirib ki, ilin əvvəlindən hasilatın azaldılması ilə bağlı 6 aylıq müddətə anlaşmanın tətbiq edilməsi neft qiymətlərini maksimal həddə çatdırsa da, ABŞ-da şist neft hasilatının artması və neft ehtiyatlarının yüksək səviyyədə qalması qiymətlərin 50 dollar/barel səviyyəsindən yuxarı qalxmasına mane olub. 

Departament rəhbərinin fikrincə, Səudiyyə Ərəbistanı hasilatı azaltmağa davam etdiyi halda, İran və İraq bazar paylarını artırırlar.

Qeyd edək ki, Vyana anlaşmasının müddəti uzadılmasa, neft qiymətlərinin 40 dollar/bareldən aşağı düşməsi ehtimalını Dubayda yerləşən “Emirates NBD PJSC” bankının əmtəələr üzrə analitiki Edvard Bel (Edward Bell) və Almaniya “Commerzbank”ının Əmtəə araşdırmaları departamentinin rəhbəri Yevgeniy Vaynberq (Eugen Weinberg) də təkrarlayıblar.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri