27 
Apr
2017
18:05
13
151
2483
Virtual karabakh

SOCAR 700 milyon dollarlıq layihəni yenidən nəzərdən keçirir

27 Apr, 2017
18:05
2483

SOCAR 700 milyon dollarlıq layihəni yenidən nəzərdən keçirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR Gürcüstanda karbamid zavodunun tikintisi məsələsini yenidən nəzərdən keçirə bilər”. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən II “Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika” forumunun ikinci günündə Sumqayıtda tikilən Karbamid zavodunun baş direktoru Xəyal Cəfərov bildirib.

“Biz Gürcüstanda karbamid zavodunun tikintisini təxirə saldıq, lakin layihənin reallaşdırılması gündəmdən çıxarılmayıb və biz bu məsələyə perspektivdə qayıda bilərik. 

Sumqayıtda tikilən zavodun analoqunu Gürcüstanda da tikə bilərik. Nəzərə alınmalıdır ki, bizim bu sahədə artıq təcrübəmiz də var”, - deyə X.Cəfərov qeyd edib.

Xatırladaq ki, 2012-ci ilin sentyabr ayının 18-də Gürcüstanın Kulevi şəhərində karbamid zavodunun təməli qoyulub. SOCAR bu layihənin tikintisini Sumqayıtdakı zavodla paralel aparmaq niyyətində idi. Lakin bir müddət sonra açıqlanmayan səbəblərdən ümumi dəyəri 700 mln. dollar investisiya layihəsi təxirə salınıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri