27 
Apr
2017
17:07
12
75
2789
Virtual karabakh

“Bank Standard”ın kreditorları iclasa buraxılmır – ETİRAZ

27 Apr, 2017
17:07
2789

“Bank Standard”ın kreditorları iclasa buraxılmır – ETİRAZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Əmanətlərin Sığortalanması Fondunda (ADIF) “Bank Standard”ın kreditorlar komitəsinin ilk iclası keçiriləcək. Lakin kreditorların heç də hamısı həmin iclasa buraxılmır. 

Oxu.Az xəbər verir ki, bankın kreditorlarının bir qrupu Fins.az-a müraciət edərək onların sabahkı iclasda iştirakının təmin edilməməsinə etirazlarını bildiriblər: 

“Fond bəyan edir ki, hər şey şəffaf aparılacaq, bütün məlumatlar açıqlanacaq. Ancaq aylardı kreditor kimi bizə heç bir məlumat, hesabat vermirlər. Məhkəmənin qərarı ilə yaradılan kreditorlar komitəsinin tərkibində də bizim adımız yoxdur. Ona görə də, bizi iclasa buraxmırlar. Ancaq komitədə bütün kreditorlar iştirak və təmsil olunmalıdırlar”.

“Bank Standard”ın kreditorları ən azı nümayəndə səviyyəsində komitənin iclaslarında iştirak edərək qərarların qəbulunda iştirak etmək, bankların əmlakları barədə dəqiq məlumat almaq istəyirlər.  

Məsələyə bankın ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondunun münasibətini öyrəndik. Fondun icraçı direktoru Azad Cavadov bildirib ki, kreditorların sayı çox olduğundan onların hamısını bir gündə toplamaq fiziki cəhətdən mümkün deyil:

“Bank Standard”ın kreditorlarının sayı ümumilikdə 140 min nəfərdir. Onların hamısını biz harada toplayaq? Buna imkanımız yoxdur. Ancaq iclasda hesabatlar açıqlanacaq və mediada işıqlandırılacaq. Bütün məlumatlar açıq olacaq”.

Xatırladaq ki, ləğv edilən “Bank Standard” QSC-də yaradılmış kreditorlar komitəsinin üzvlərinin siyahısı açıqlanıb. Bunlar “Azercell Telecom” MMC, “Standard Insurance”, “Qala Həyat Sığorta” ASC-lər, “FINCA Azerbaijan” MMC, “Unileasing” QSC”, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF), Xəzər Universiteti, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının prezident Akif Əlizadədir.

140 min hüquq və fiziki şəxsdən yalnız adları çəkilənlərin kreditorlar komitəsində təmsil olunması, haqlı olaraq qəbul ediləcək qərarların obyektiv olmasını şübhə altına alır. 
Buna görə də, digər kreditorlar da ayrı-seçkiliyə yol verilməməsini tələb edirlər. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri