28 
Apr
2017
10:52
16
109
1710
Virtual karabakh

Tikinti sektorunda çalışanlar üçün yeni qaydalar hazırlanacaq

28 Apr, 2017
10:52
1710

Tikinti sektorunda çalışanlar üçün yeni qaydalar hazırlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaxın zamanlarda Azərbaycanda tikinti sektorunda qeyri-leqal məşğulluğun qarşısının alınması üzrə layihə hazırlanacaq”.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri, baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, hazırda əmək müqaviləsi olmadan çalışan vətəndaşların böyük əksəriyyəti tikinti sektorundadır: “Qeyri-leqal məşğulluq işçilərə bir sıra öhdəliklərdən, vergi və sosial sığorta ödənişlərindən boyun qaçırmağa imkan verir. 

İnanıram ki, tikinti şirkətlərinin rəhbərləri ilə görüşümüz müsbət nəticə verəcək. Biz gözləyirik ki, bu sahədə işləyən bütün əməkdaşlar əmək münasibətlərini rəsmiləşdirəcək”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri