28 
Apr
2017
11:05
264
83
45409
Virtual karabakh

Bakıda məşhur milyarder avtomobilini satır: Banka borcu var

28 Apr, 2017
11:05
45409

Bakıda məşhur milyarder avtomobilini satır: Banka borcu var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə banklarına külli miqdarda borcu olan “Avesta Concern” rəhbəri, nehrəmli iş adamı kimi tanınan Hacı İbrahim İbrahimova məxsus məşhur “Rolls Royce” markalı avtomobili də kreditdə imiş.

Oxu.Az xəbər verir ki, “gununsesi.info”nun iş adamına yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına “VTB Bank”dan kreditlə götürüb.

Avtomobili almaq üçün 900 min dollar “VTB Bank”dan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib.

Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb.

Onu da qeyd edək ki, İbrahim Nehrəmli bir müddət əvvəl tanınmış banklardan birinə külli miqdarda borcu ilə gündəmə gəlmişdi. 

DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən iki günlük həbs edilən iş adamı bütün əmlakını banka girov qoyduğu üçün sərbəst buraxılıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri