28 
Apr
2017
14:34
11
91
2658
Virtual karabakh

“Azər Türk Bank” müştərilərə yeni və daha ucuz ödəniş kartı təklif edir

28 Apr, 2017
14:34
2658

“Azər Türk Bank” müştərilərə yeni və daha ucuz ödəniş kartı təklif edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azər Türk Bank” əməkhaqqı layihəsi çərçivəsində növbəti yenilik etdi. 

Bank müştərilərinə “MasterCard Debet” növlü ödəniş kartı təqdim etməyə hazırdır. Ancaq yenilik təkcə bundan ibarət deyil. 

Bu kartların satış qiymətləri əvvəllər istifadədə olan “Maestro” kartlarından daha sərfəli olacaq. 

Bank “Maestro” kartlarının istifadəçisi olan müştərilərinə yeni kartları eyni şərtlərlə, amma daha ucuz qiymətlərlə təklif edir.

Yeni “MasterCard Debet” kartı “MC Maestro” kartından fərqli olaraq, tam funksionallı bir kart növüdür və onu ödəniş sistemi əhatə edən istənilən ölkədə həm nağd, həmdə nağdsız əməliyyatlar üçün məhdudiyyətsiz istifadə etmək mümkündür.

Xatırladırıq ki, “Azər Türk Bank”ın əməkhaqqı kartları ilə ölkə daxilində istənilən bankın bakomatından vəsait çıxararkən komissiya tutulmur.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri