28 
Apr
2017
15:56
101
24
3288
Virtual karabakh

“Bank Standard”ın borcu məlum oldu – YENİLƏNİB

28 Apr, 2017
15:56
3288

“Bank Standard”ın borcu məlum oldu – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bağlanan “Bank Standard”ın əmlakının ümumi dəyəri 46 milyon manatdır”.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib. 

Fond sədri həmçinin bəyan edib ki, “Bank Standard”da ümumilikdə 24 min 26 kredit verilib:

“Bunun ümumi məbləği 747 milyon manatdır. Bankın işlək kreditlərinin həcmi 40 milyon manat təşkil edir. 

Qeyri-işlək kreditləri isə 707 milyon manatdır. Kreditlərin 33 milyon manatı təminatlı, 442 milyon manatı isə təminatsız kreditlərdir”.

15:34

“Bank Standard”ın 1,2 milyard manat borcu var”.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib. 

A.Cavadov bildirib ki, bankın Kreditorlar Komitəsinə 20 ən iri kreditor seçilib:

“Ancaq bankın 150 min nəfərə yaxın kreditoru var. Onların hamısını dəvət edə bilmirik. Çünki yer məhduddur. Onların nümayəndələri qoşulublar. Növbəti iclaslarda hər kəs iştirak edə biləcək”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri