28 
Apr
2017
18:00
21
87
1885
Virtual karabakh

Növbəti depozit hərracında təklif yüz milyon manat azaldılacaq

28 Apr, 2017
18:00
1885

Növbəti depozit hərracında təklif yüz milyon manat azaldılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

Oxu.Az xəbər verir ki, AMB-dən APA-ya verilən məlumata görə, mayın 1-də keçiriləcək depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

“Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01 - 14,99% təşkil edir.

Qeyd edək ki, bu gün keçirilən depozit hərracında təklif 250 mln. manat olduğu halda, AMB 350 mln. manat cəlb edib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,53% təşkil edib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri