29 
Apr
2017
12:21
71
170
2311
Virtual karabakh

Maltanın baş naziri SOCAR-a təşəkkür etdi – VİDEO

29 Apr, 2017
12:21
2311

Maltanın baş naziri SOCAR-a təşəkkür etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maltanın baş naziri Cozef Muskat ölkənin enerji həyatında yaxından iştirak edən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təşəkkürünü bildirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu o, aprelin 24-də Maltanın Marsaşlokk şəhərində təsisçilərindən biri “SOCAR Traiding” olan “ElectroGas Malta” şirkəti tərəfindən inşa edilən qaz terminalı və elektrik stansiyasının açılış mərasimində çıxışı zamanı deyib.

Baş nazir son üç il ərzində aparılan enerji siyasəti sayəsində ölkədə yoxsulluğun səviyyəsinin iki dəfə azaldığını diqqətə çatdırıb:

“Cəmi üç il ərzində yerinə yetirdiyimiz enerji siyasəti sayəsində ölkəmizdə yoxsulluğun səviyyəsini iki dəfə azaltmağa nail olduq. Hökumət son bir həftə ərzində mütəmadi olaraq xalqın qarşısına çıxıb və gördüyü işlərin hesabatını verib: yerinə yetirdiyi sözlərlə, reallaşdırdığı arzularla, yoxsulluq səviyyəsini iki dəfə azaltmaqla, büdcə kəsirini aradan qaldırıb cəmi bir il ərzində 8 mln. avro prifisitə çevirməklə, əvvəlki qanunverici orqanın səlahiyyət dövründə yığılmış dövlət borcunu silməklə. Bu onu göstərir ki, siz eyni zamanda, həm iqtisadi cəhətdən səlahiyyətli, həm də sosial cəhətdən məsuliyyətli ola bilərsiniz. İnanıram, Malta xalqı başa düşür ki, bu hökumət səhvlər edir, bəzən də böyük səhvlər buraxır, lakin o həm də xeyli yaxşı iş görür. Xalq başa düşür ki, biz istiqaməti uğurla dəyişmişik”.

Cozef Muskat daha sonra Maltanın enerji siyasətinin həyata keçirilməsində əməyi olan şəxslər və tərəfdaş şirkətlərə, o cümlədən SOCAR-a minnətdarlıq edib:

“Mən sözlərimi nazir Mizziyə gördüyü işə və bu layihəyə uğurla rəhbərlik etdiyinə görə təşəkkür etməklə bitirmək istəyirəm. “Enemalta” şirkətinin rəhbərliyinə dövlət şirkətinin ən yüksək, fərdi şirkətlərin belə həsəd aparacağı iş standartını nümayiş etdirdiyinə görə təşəkkür edirəm. Baş verənlərdə əminliklə iştirak edən və ölkədəki rəqabət mühitinə baş vuran “Electrogas” şirkətinə minnətdaram. Bütün tərəfdaşlara, “Siemens”, SOCAR və hər bir iştirakçıya təşəkkür edirəm. Çox sağ olun”.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri