May
2017
18:01
23
61
5712
Virtual karabakh

“Açar Real Estate” şirkətinin təsisçisi Oqtay Məmmədov ilə müsahibə

2 May, 2017
18:01
5712

“Açar Real Estate” şirkətinin təsisçisi Oqtay Məmmədov ilə müsahibə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşınmaz əmlak agentliyi “Açar Real Estate” Bakı şəhərində yerləşir. Şirkət rəhbəri Oqtay Məmmədov şirkətin əhəmiyyətli nailiyyətləri, inkişaf perspektivləri və səlahiyyətləri barədə danışıb. Kommunikativ səlahiyyətlər ətrafdakı insanlarla qarşılıqlı hərəkət etmək və bir komandada işləmək bacarığıdır. Bizim işdə bunu bacarmaq çox vacibdir.

Hər hansı bir təşkilatın təmsilçisi onun rəhbəridir. O, şirkətin fikir və ruhunu təcəssüm etdirir, inkişaf vektorunu müəyyən edir.

- Şirkətinizin missiyası haqqında məlumat verin, o nədən ibarətdir?

- Mənzil və ərzaq - insan üçün ən əsas iki şeydir. Daşınmaz əmlak biznesi ən təmiz formada “sosial”dır. Buradan da bizim şirkətin missiyası üzə çıxır. Biz əmək və biliyimizi ortaya qoyaraq azərbaycanlıların (və başqa millətlərin ya da tək azərbaycanlıların yox) mənzil (yaşayış) problemini həll edirik. 

- İnternetin və informasiyanın asan əldə edildiyi mövcudluğu dövründə bir çox insanlar “Daşınmaz əmlak agentlikləri”nə müraciət etmədən özlərinə lazım olan yaşayış yerləri (mənzil) axtarmağa çalışırlar. Bəs belə taktika təsdiqlənib? (İşə yarayır?) Fırıldaqçıların qurbanı olmaq riski bu vəziyyətdə nə qədər azdır?

- Biz daşınmaz əmlak agentliyinə müraciət etməyə heç kimi məcbur etmirik. Bu hər bir məsul şəxsin şəxsi qərarıdır. Amma mənzil alıb və ya satmaqla siz bu işin dərhal hüquq təhsilli professionalı olmursunuz. Agent mənzil qiymətlərində daha biliklidir, əmlak bazarında vəziyyəti öncədən proqnozlaşdıra bilər və müştərinin problemindən asılı olaraq onun üçün ən yaxşı variantı təklif edə bilər.

Üstəlik, onun təhlükəsizliyini təmin etməklə ən əlverişli variantda hüquqi xidmətlə kömək edə bilər. 

- Bugünkü gündə daşınmaz əmlaka vəsait qoymağa dəyər?

- Bu yaxınlarda biz əmlak qiymətlərində bir neçə dəfə dəyişiklik müşahidə etdik.İndi mənzil almaq üçün tam vaxtdır, hətta bunu ipoteka vasitəsi ilə də etmək olar. Əzəldən bizim ölkədə belə bir stereotip yaranıb ki, investisiya üçün ən əhəmiyyətli hədəf mülkiyyətdir və bu stereotipi təkzib etmək çətindir. Çünki daşınmaz inşaat sektorunun sürətlə inkişafını nəzərə alsaq, əmlak investisiyası Azərbaycanda ən optimal gəlir mənbəyi kimi görünür.

- Öz işinizdə hansı müsbət və mənfi aspektləri görürsünüz? Əgər belə bir imkanınız olsaydı, başqa bir işlə məşğul olmaq istəyərdiniz?

- Qaldı ki, bəzi mənfi cəhətlərə, bizim reputasiyanı aşağı salan əsas da saxtakar yanlış fəaliyyət göstərən bəzi həmkarlarımızdır. Daha bir düşüncə var ki, “nə üçün artıq məbləğdə rieltora ödəniş etməliyəm, məgər ki, özüm sata bilmərəm”. Bu səmərəsizlik haqqında danışmağa dəyər mi? Mən mənfi cəhətlərin üstündə çox dayanmıram, çünki mənfi tərəf hər bir işdə vardır. Mən öz işimi və nə ilə məşğul olduğumu sevirəm. Ancaq fikrimdə bir məqsəd var idi ki, fəaliyyətimizin istiqamətlərini bir qədər də genişləndirib onları inkişaf etdirməkdir.

- Siz filial şəbəkəsinin genişləndirilməsi haqqında düşünürsünüzmü?

- Yəqin ki, lokal olaraq bunu genişləndirə bilərik, ancaq öz təcrübəmdə bu qərara gəldim ki, bu bizim yol deyil. Şəhərin bir məkanından digərinə getmək çətin bir şey deyil. İnsanlar professionalizmi “evin yaxınında olmaqdan” daha üstün tuturlar. Ancaq keyfiyyətli inkişaf etməyi planlaşdırıram.

Deməliyəm ki, həyat məni professionallarla qarşılaşdırır, hansılarla ki, bizim ortaq maraq nöqtələrimiz var. Misal üçün mənim dizaynla məşğul olmaq xoşuma gəlir. Ofisdə kabinet bölümləri mənim layihəmdir. Bu yaxınlarda biz mükəmməl bir mebel ustası ilə çalışmağa başlamışıq və yeni bir istiqamətə başlamışıq. Yeri gəlmişkən, bütün yeni istiqamətləri mənə maraqlı xüsusi insanlarla açıram.

Hansıların ki yaradıcılıq və biznes yanaşmaları mənim üçün maraqlıdır. İndi biz arxitektor xidmətləri təklif edirik - evlərin, kotteclərin dizaynı, daxili interyer dizaynı, landşaft dizaynı və mebel sifarişi. Fikirlər çoxdur….

Gələcəkdə mən istəyirəm ki, “Açar Real Estate” sadəcə daşınmaz əmlak agentliyi kimi deyil, həm də insanların köçmə zamanı qarşılaşacağı hər hansı bir problemi həll edə biləcək şirkət kimi fəaliyyət göstərsin.

Əgər müştəri mənzilin alınması xidmətimizdən istifadə etsə, biz ona təmir ilə kömək edəcəyik.  İnsanlar köçməyə hazırlaşırlarsa, təmizlik işlərinə və əşyaların daşınmasına kömək edəcəyik. Bu sahələr bir-biri ilə əlaqəlidir. 

- İndi daşınmaz əmlak agentlikləri çoxluq təşkil edir. Müştəri uğrunda rəqabət şərtdir

- Rəqabət hər bir biznesdə var. Ancaq mən fikirləşirəm ki, biz həmkarıq və bir-birimizə münasibətdə düzgün davranmaq lazımdır.

Başqalarını pisləyərək özümüz üçün müştəri cəlb etmək düzgün deyil, hər halda müasir dövrdə bu sivil bazar qurmaq üçün əlverişli üsul deyil.

Agentliyin nüfuzu mənim üçün ən vacibdir. Hər hansısa aşağı keyfiyyətlə görülmüş iş mənim adımla təqdim olunduqda bu, məni qane etmir. Hər halda, mən bu işi sadəcə gəlir üçün inkişaf etdirmirəm. Mən istəyirəm ki, mənim işimdə ən təcrübəli agentlər işləsinlər və işimizin keyfiyyəti heç kimdə narazıçılığa səbəb olmasın.

Mob: +994505005678
Tel: +994134098765
Mail: [email protected]
https://m.facebook.com/achar.estate/

Bizim komanda

Kalimulina Elvira “Ofis meneceri”

Xələfov Dadaş “Baş menecer”

Çingizzadə Zaur “Daşınmaz əmlak üzrə məsləhətçi”

Heydərova Leyla “Dizayner”

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri