May
2017
17:28
14
83
2052
Virtual karabakh

“Bank Standard”ın Kreditorlar Komitəsinə sədr seçildi – FOTO

4 May, 2017
17:28
2052

“Bank Standard”ın Kreditorlar Komitəsinə sədr seçildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış hüquqşünas Əkrəm Həsənov ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri seçilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə özü məlumat verib.

Hüquqşünasın sözlərinə görə, bununla bağlı qərar Komitənin ötən gün keçirilmiş II iclasında qəbul edilib: 

“Komitə üzvləri mənim namizədliyimi irəli sürdü. Bir nəfər bitərəf istisna olmaqla, digər bütün üzvlər, banka qarşı iri tələbləri olan şirkətlər də lehimə səs verdi və mən Komitənin sədri seçildim”.

Ə.Həsənov onu da bildirib ki, Kreditorlar Komitəsinin növbəti iclası mayın 24-də saat 15:00-da keçiriləcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri