May
2017
11:54
108
32
1880
Virtual karabakh

İSESKO-nun baş direktoru Azərbaycanda azad ticarət zonasının yaradılmasından danışdı

6 May, 2017
11:54
1880

İSESKO-nun baş direktoru Azərbaycanda azad ticarət zonasının yaradılmasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda azad ticarət zonasının yaradılması bütün dünyadan investor axını cəlb edəcək”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri deyib.

“Bu, çox güclü təşəbbüsdür. İstənilən ölkədə azad ticarət zonası ticarətin məhdudiyyətlər və yüksək dərəcəli vergilər olmadan həyata keçirildiyi yerdir. 

Bu təşəbbüs bütün dünyadan investor axını təmin edəcək. Onlar zavod-fabriklər tikəcək, şirkətlər yaradacaq, yeni iş yerləri təmin edəcəklər. 

Təbii ki, bütün bunlar da ölkə iqtisadiyyatını zənginləşdirəcək. Azərbaycanın siyasəti hər zaman açıq olub və heç vaxt yeganə doğru metod və ya ideologiya ilə məhdudlaşdırılmayıb. Burada məhsuldar əməkdaşlığa can atan canlı, iqtisadi proses izləyirik”, - deyə Əl-Tüveycri bildirib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri