Brent neftinin qiyməti 52 dolları keçdi – YENİLƏNİB
Brent neftinin qiyməti 52 dolları keçdi – YENİLƏNİB
Brent neftin qiyməti 0,5 artaraq yenidən 52 dolları keçib.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə 17:50-də Brent nefti 52,02 dollarda alıcı tapıb.
Neftin bahalaşması ABŞ-da hasilatın azalması, OPEC-in hasilatın azaldılması müqaviləsini uzadacağı ehtimalının güclənməsi və hazırda dolların bir sıra mühüm valyutalar qarşısında ucuzlaşması ilə bağlıdır.
ABŞ-da açıqlanan məlumatlara görə, illik inflyasiya, baza inflyasiya, pərakəndə satışlar və avtomobil xaric pərakəndə satışlar proqnozlardan aşağı qalıb. Bu, dollara neqativ təsir edib.
Avro/dollar məzənnəsi 0,5% yüksələrək 1,0918 səviyyəsinə qalxıb (avro bahalaşıb, dollar güclənib).
09:00
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,04% artaraq bir barelə görə 50,79 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,10% bahalaşaraq 47,88 dollara satılıb.
U.A.
www.oxu.az