12 
May
2017
12:51
20
110
5659
Virtual karabakh

Deputat manatın taleyi ilə bağlı danışıb

12 May, 2017
12:51
5659

Deputat manatın taleyi ilə bağlı danışıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millət vəkili Vahid Əhmədov manat ilə bağlı proqnoz verib.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, millət vəkilinin sözlərinə görə, hazırda idxalın azaldılması ilə ticarət dövriyyəsində müsbət saldo yaranıb. 

Müəyyən qədər manat qıtlığı yaratmaqla məzənnəni saxlamaq mümkün olub. Sentyabrdan sonra bunu etmək daha çətin olacaq:

“Çünki elə məhsullar var ki, real sektorun inkişafı üçün Azərbaycan onu idxal etməyə məcburdur. Yəqin ki, manatın məzənnəsində hazırkı stabillik 2-3 ay davam edəcək.

Hesab edirəm ki, manat yenidən müəyyən həddə qədər ucuzlaşacaq. 2 manat həddinə yenidən yaxınlaşacaq. Ümumiyyətlə, 2017-ci il ağır ildir. 

Ona görə ki, müəyyən istehsal sahələri yaradılır, kənd təsərrüfatına sərmayələr qoyulur. Bunların bəhrəsini isə 2018-2019-cü illərdə görəcəyik”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri