16 
May
2017
18:42
8
112
3199
Virtual karabakh

Beynəlxalq Bankın xarici borclarının müştərilərə təsiri olacaqmı?

16 May, 2017
18:42
3199

Beynəlxalq Bankın xarici borclarının müştərilərə təsiri olacaqmı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə ölkənin iqtisadi gündəmi üçün son dərəcə diqqətçəkən bir xəbər yayıldı. 

Oxu.Az məlumat verir ki, regionun ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyasına başlanması elan olundu. Yəni, bu dövlət bankının xarici borcları birbaşa dövlətə ötürüləcək və həmin borcları Azərbaycan dövləti ödəyəcək.

Bəs Azərbaycan Beynəlxalq Bankının yerli müştəriləri bu restrukturizasiya prosesindən nə gözləməlidirlər?

“Xarici öhdəliklərin restrukturizasiya prosesinin Azərbaycan Beynəlxalq Bankının müştərilərinə, hüquqi və fiziki şəxslərin bankdakı vəsaitlərinə, onların bankla əlaqədar istənilən fəaliyyətinə hər hansı şəkildə təsiri yoxdur. Çünki xarici öhdəliklərin restrukturizasiyası prosesi onları əhatə etmir. Hətta deyərdim ki, bu, müştərilərimizin faydasına olan bir qərardır. Çünki bank xarici öhdəliklərdən azad olaraq daha bu öhdəliklərə xidmət etmir, bu öhdəlikləri dövlət ödəyir, bank isə güclənməyə, inkişafa, digər strateji məqsədlərinə fokuslanır. Nəticədə müştərilərimizin bankı daha sağlam və güclü maliyyə institutuna çevrilir”, - deyə bankın İdarə Heyətinin sədri Xalid Əhədov suala cavab verib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri