17 
May
2017
14:41
237
57
2518
Virtual karabakh

Prezident “WorldFood Azerbaijan” və “CaspianAgro 2017” sərgiləri ilə tanış olub - FOTO

17 May, 2017
14:41
2518

Prezident “WorldFood Azerbaijan” və “CaspianAgro 2017” sərgiləri ilə tanış olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri ilə tanış olublar.

Oxu.Az xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sərgilərlə bağlı məlumat verdi. Bildirildi ki, sərgilərdə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir. Bu şirkətlərin 70 faizi xarici eksponentlər, 30 faizi isə yerli şirkətlərdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərdə nümayiş olunan stendlərə baxıblar.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri