19 
May
2017
15:14
155
55
3146
Virtual karabakh

Neftin qiyməti aylıq maksimumu yeniləyib

Dünya birjalarında neftin qiyməti bahalaşmaqdadır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,57 dollar və ya 1,16% artaraq 49,92 dollar təşkil edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,59 dollar və ya 1,12% artaraq 53,10 dollar olub.

Qeyd edək ki, Brent markalı neftin qiyməti aprelin 21-dən etibarən ilk dəfə 53 dollar həddini aşıb.

Ekspertlər hesab edir ki, OPEC üzvləri və kartelə daxil olmayan ölkələr Avstriyanın paytaxtı Vyanada baş tutacaq növbəti sammitdə hasilatın azaldılmasına dair əldə olunan razılaşmanın müddətini uzadacaq.

09:00

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Belə ki, London birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,74% artaraq bir barelə görə 52,90 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 0,89% bahalaşaraq 49,79 dollara satılıb.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri