19 
May
2017
15:01
88
40
6732
Virtual karabakh

Dolların məzənnəsi sabitləşəcək – PROQNOZ

19 May, 2017
15:01
6732

Dolların məzənnəsi sabitləşəcək – PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ABŞ dollarının rəsmi və nağd məzənnəsi 1,70 AZN/USD səviyyəsində sabitləşəcək. 

Oxu.Az xəbər verir ki, “Report”un analitik qrupu bildirir ki, son bir ayda nağd valyuta bazarındakı məzənnə rəsmi məzənnədən aşağı olsa da, hazırda bu fərq aradan qalxıb. 

Nağd valyutanın alqı-satqısında aparıcı olan “Amrahbank” və “Günaybank” ASC-lərdə dollar 1,6970 manata alınır, 1,7070 manata satılır. 

Qeyd edək ki, məzənnənin bu alış səviyyəsi rəsmi məzənnədən təxminən 0,005 manat aşağı, satış isə 0,005 manat yuxarıdır. Yəni, nağd valyuta bazarında məzənnə optimal səviyyəyə çatıb.

Analitik qrup bildirir ki, neftin orta qiymətinin 50 dollar/barel səviyyəsində qalması dolların məzənnəsinin sabitliyini təmin edəcək. 

Hazırda dolların məzənnəsi üçün ən böyük təhlükə mayın 23-də Londonda Azərbaycan Beynəlxalq Bankının (ABB) borc öhdəliklərinin restrukturizasiyası ilə bağlı planının kreditorlarla razılaşdırılmasıdır. 

Azərbaycan tərəfinin görüşdən müsbət nəticə əldə edərək borcların dövlət istiqrazları ilə dəyişdirilərək daha geniş müddətə uzatması gözlənilir. Bu halda daxili bazarda dolların məzənnəsi üçün təhlükə aradan qalxacaq.

Dolların məzənnəsinin sabitləşməsi tədricən manat kreditləşməsinin artmasına və depozitlərin dedollarizasiyasına gətirib çıxaracaq. Lakin bu proses bir qədər uzun müddət tələb edə bilər. 

Dolların məzənnəsinin daxili bazarda sabitliyi, həmçinin əlavə manat kütləsinin sterilizasiyası hesabına başa gəldiyini qeyd etmək lazımdır. 

Bu isə öz növbəsində iqtisadi artıma ciddi ziyan vurur. Hazırda Mərkəzi Bankın qarşısında duran vəzifə manat kütləsinin həcminin optimallaşdıraraq iqtisadi artımı bərpa etməkdir. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri