19 
May
2017
16:48
13
157
8672
Virtual karabakh

Bakıda torpağın qiymətləri

19 May, 2017
16:48
8672

Bakıda torpağın qiymətləri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son zamanlar torpaq sahələrinin alışında bir qədər azalma müşahidə olunur”.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Bakıda yerləşən torpaq sahələrinin qiymətlərində 3,14% enmə olduğunu bildirib.

Ekspertin sözlərinə görə, adətən, aprel-may aylarında torpaq sahələrinə olan tələbat artır:

“Amma ötən ilin analoji dövrü ilə müqayisədə bu il tələb azdır”.

N.İbrahimov bildirib ki, qiymətlərin azalmasına səbəb kimi bahalı obyektlərin satışa çıxarılmamasıdır: “Qeyd edək ki, ən bahalı torpaq sahələri 1-ci zonadadır.

Bu zonanın sərhədləri Əl Oyunları Stadionundan başlayaraq, şimal-şərq istiqamətində Mikayıl Hüseynov prospekti üzrə Azneft meydanına qədər,  Azneft meydanından Niyazi küçəsi ilə İstiqlaliyyət küçəsinin kəsişməsinədək, İstiqlaliyyət küçəsi üzrə Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə şərq istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə cənub istiqamətində küçənin dənizin sahil xətti ilə kəsişməsinədək, sahil xətti üzrə qərb istiqamətində Əl Oyunları stadionunadəkdir.  1-ci zonada 1 sot torpağın qiyməti isə 147 min 410 dollardır.

Ən ucuz zona isə 9.2-ci zona hesab edilir. Burada torpağın qiyməti 1 sot üçün 3 min 368 dollar təşkil edir. Həmin  zonanın sərhədləri Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələrini və  rayonun digər zonalara düşməyən ərazilərini əhatə edir”.

Zonalara görə torpaqların qiymətini təqdim edirik:

1-ci zona - 147 min 410 dollar
2-ci zona - 124 min 506 dollar
3-cü zona - 108 min 105 dollar
4-cü zona - 105 min 112 dollar
5-ci zona - 100 min 59 dollar
6.1-ci zona - 63 min 286 dollar
6.2-ci zona - 49 min 20 dollar
6.3-cü zona - 17 min 635 dollar
7-ci zona - 45 min 760 dollar
8-ci zona - 17 min 572 dollar
9.1-ci zona  - 32 min 758 dollar
9.2-ci zona - 3 min 368 dollar
9.3-cü zona - 4 min 265 dollar
10.1-ci zona - 19 min 542 dollar
10.2-ci zona - 4 min 345 dollar
10.3-cü zona - 3 min 121 dollar
11-ci zona - 3 min 924 dollar
12-ci zona - 4 min 51 dollar
13-cü zona - 6 min 389 dollar

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri