22 
May
2017
15:14
10
56
1472
Virtual karabakh

Kredit ittifaqının BOKT-a çevrilməsinə icazə verilməyib

22 May, 2017
15:14
1472

Kredit ittifaqının BOKT-a çevrilməsinə icazə verilməyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) İmişli rayonunda fəaliyyət göstərən “Ağan Kredit İttifaqı” MMC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə icazə verməyib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Palatadan bildirilib.

Məlumata görə, adıçəkilən ittifaq təxminən 1 il bundan əvvəl təşkilati-hüquqi formasını dəyişib və BOKT kimi Vergilər Nazirliyində dövlət qeydiyyatından keçib. 

Bundan sonra isə maliyyə qurumu nizamnamə kapitalının BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat olmasını əsas gətirərək lisenziya üçün MBNP-yə müraciət edib. 

Palata isə bu müraciətə mənfi cavab verib və İttifaqa əvvəlki təşkilati-hüquqi formaya qayıtmaq tövsiyə olunub. “Ağan”a BOKT lisenziyasının verilməməsinin səbəbi açıqlanmır.
 
Xatırladaq ki, “Ağan Kredit İttifaqı” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 300 min 335 manatdır. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri