22 
May
2017
11:41
64
9
1103
Virtual karabakh

Azərbaycanda Bakı-Aktau-Samsun limanlarının əməkdaşlıq imkanları müzakirə edilir

22 May, 2017
11:41
1103

Azərbaycanda Bakı-Aktau-Samsun limanlarının əməkdaşlıq imkanları müzakirə edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün Bakıda Bakı-Aktau-Samsun limanlarının əməkdaşlıq mexanizmləri müzakirə ediləcək”.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakı-Aktau-Samsun qardaşlaşmış limanlarının II görüşündə çıxış edən Azərbaycanın Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib. 

“Azərbaycanın iqtisadi mövqeyi, tranzit potensialı ölkəni qlobal mərkəzə çevirib. Türkdilli dövlətlərin həyata keçirdiyi nəqliyyat layihələri də olduqca önəmlidir. Azərbaycan Xəzərdə iri logistika mərkəzi olacaq. 

Liman ərazisində yaradılacaq azad ticarət zonası da bu işlərin tərkib hissəsidir. Bu zona Avropa və Asiya bazarına xidmət edəcək”, - deyə R.Quluzadə qeyd edib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri