22 
May
2017
14:56
5
55
1385
Virtual karabakh

Palata dövlət büdcəsinin icrasına dair rəy verib – YENİLƏNİB

22 May, 2017
14:56
1385

Palata dövlət büdcəsinin icrasına dair rəy verib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 2016-cı il dövlət büdcəsində neft sektorunun payı 54,8% proqnozlaşdırılsa da, icraya əsasən, 52,7% təşkil edib. 

2015-ci il dövlət büdcəsinin icrasına əsasən, neft sektorunun dövlət büdcəsində payı 58,4% olub.

Oxu.Az-ın məlumatına görə, “Report” bu barədə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinə istinadən xəbər verir. 

2016-cı il dövlət büdcəsinin neft gəlirləri 9 mlrd. 225 mln. manat təşkil edib. 

Belə ki, Dövlət Neft Fondundan transfert 7 mlrd. 615 mln. manat, SOCAR-ın vergi ödənişləri 1 mlrd. 252 mln. manat, hasilatın pay bölgüsü üzrə mənfəət vergisi 358 mln. manat olub.

Ötən ilki büdcənin gəlirləri 16 mlrd. 822 mln. manat proqnoza qarşı 17 mlrd. 505,7 mln. manat və ya 104,1% icra edilib. 

Gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri ən yüksək göstəricidir. Büdcə gəlirlərinin ÜDM-ə nisbəti 29%-ə bərabər olub. Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə isə 7 mln. 714,8 min manat çox olub.

2016-cı ildə dövlət büdcəsinin xərcləri 18 mlrd. 495 mln. manat proqnoza qarşı 17 mlrd. 751,3 mln. manat və ya 743,7 mln. manat az və ya 96% icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 mln. manat və ya 0,2% azdır. 

ÜDM-ə nisbəti ilə götürdükdə büdcə xərclərinin ÜDM-in 29,4%-nə bərabər olub.

Hesabat ilində dövlət büdcəsinin kəsiri 245 mln. 604 min manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31 mln. 232 min manat, xarici qrantlar 12 mln. 326 min manat təşkil edib, daxili və xarici borclanmadan daxilolmalar isə 186 mln. 819 min manat göstərilib.

14:49

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Oxu.Az Palataya istinadən xəbər verir ki, iclasda qurumun “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəy geniş müzakirə edilib.

5 bölmədən ibarət olan rəyin tərtibinin hüquqi əsasları, məlumat bazası, dövlət büdcəsinin icrasını xarakterizə edən makroiqtisadi şərait, həmçinin gəlir və xərclərin təhlilinin nəticələri barədə məlumat verilib.

Rəydə büdcə vəsaitlərinin istifadəsi ilə bağlı qurumların Palataya təqdim etdiyi hesabatlara istinad olunduğu, eyni zamanda strukturunun və tərtibinin əvvəlki illərdə təqdim olunan rəydən fərqli cəhətləri diqqətə çatdırılıb.

Rəydə dövlət büdcəsi gəlirlərinin mənbələri, dövlət borcunun mövcud durumu, büdcə kəsiri və maliyyələşdirilmə mənbələri bağlı təhlilə geniş yer verildiyi, dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının bölmələri, köməkçi bölmələri və paraqrafları səviyyəsində ətraflı araşdırıldığı, Palatanın apardığı nəzarət tədbirlərinin nəticələri əsasında tövsiyə və təkliflərin əks olunduğu bildirilib.

İclas iştirakçıları rəy barədə fikir və təkliflərini bildirib, qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Milli Məclisdə müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı kollegiya qərarı qəbul olunub.

Kollegiyada Palatanın 2017-ci il üçün iş planında nəzərdə tutulmuş bir neçə audit üzrə nəzarət tədbirinin proqramı təsdiq edilib.

Aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə təqdimatların icra vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri