23 
May
2017
11:05
48
107
3241
Virtual karabakh

İraqın qərarı neftin qiymətini ucuzlaşdırdı – YENİLƏNİB

23 May, 2017
11:05
3241

İraqın qərarı neftin qiymətini ucuzlaşdırdı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

OPEC və kartelə daxil olmayan 11 ölkənin neft hasilatının azaldılması ilə bağlı 2016-cı il noyabrın 30-da Vyanada imzalanan anlaşmanın müddətini uzadılması barədə qərarı demək olar ki, bütün tərəflər arasında razılaşdırılıb. 

Oxu.Az-ın məlumatına görə, “Report” Forexpf.ru” saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının nümayəndəsinin sözlərinə görə, sammit iştirakçıları anlaşmanın 9 ay uzadılmasına etiraz etmir. 

Lakin sammitin başlamasına 1 gün qalmış İraq tərəfi anlaşmanın yalnız 6 ay uzadılmasını dəstəkləyəcəyini bildirib. 

Bu açıqlama bu gün Londonda keçirilən konfransda İraqın “SOMO” neft şirkətinin rəhbəri Fələh Əlamri tərəfindən verilib. Əlamri öz açıqlamasını İraqın energetika nazirinin adından edib. Gözlənilməz xəbər S.Ərəbistanının energetika naziri Xalid əl-Falehin təcili olaraq Bağdada uçmasına səbəb olub.

İraq tərəfinin anlaşmanın müddəti ilə razılaşmaması neft qiymətlərinin düşməsinə səbəb olub. Hazırda Brent markalı neftin qiyməti dünənə nisbətən 0,5% azalaraq 53,60 dollar/barelə düşüb. 

Xatırladaq ki, neft hasilatının azaldılması ilə bağlı qərarın mayın 25-də Vyanada keçiriləcək 2 günlük iclasdan sonra açıqlanacağı gözlənilir.

09:00

Dünya bazarlarında neftin qiymətləri açıqlanıb.

Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Belə ki, London birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,39% azalaraq bir barelə görə 53,66 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 0,79% bahalaşaraq 50,73 dollara satılıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri