23 
May
2017
16:10
16
131
3530
Virtual karabakh

Gömrük Komitəsi ittihamlara cavab verdi – VİDEO + YENİLƏNİB

23 May, 2017
16:10
3530

Gömrük Komitəsi ittihamlara cavab verdi – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Hava limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarşı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair məlumatların yayılmasına münasibət bildirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, A.Əliyev bildirib ki, İsrail vətəndaşı Aleksander Qorenşteyn özü ilə gətirdiyi külli miqdarda xarici valyutanı gömrük orqanlarına bəyan etməyib və bunu özü də etiraf edib: “İsrail vətəndaşı ilə bağlı bəzi KİV-də məlumatlar yayılıb. Onu deyə bilərəm ki, bir az əvvəl biz hadisənin necə baş verməsi ilə bağlı videogörüntülər əldə etmişik. Görüntülərdə aydın görünür ki, İsrail vətəndaşı pulu xüsusi düzəldilmiş gizli ciblərdə gizlədib, gömrük orqanlarına bəyən etməyib və bunu özü də etiraf edib. Vətəndaşın fərziyyəsinə görə, guya o pulu oğurlanmasın deyə gizlədib. Amma gömrük zonasını keçən zaman gömrük xidmətinin əməkdaşı onun özünü şübhəli apardığını hiss edib və fərdi baxışa dəvət edib. Baxış zamanı isə gömrük orqanlarına bəyan olunmayan külli miqdarda xarici valyuta aşkarlanıb”.

14:56

Dövlət Gömrük Komitəsi (DGK) hava limanında İsrail vətəndaşına qarsı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komitənin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

DGK bildirir ki, mayın 18-də  J 2021 sayılı Bakı-Təl-Əviv aviareysi ilə Azərbaycandan İsrailə uçmaq üçün gələn İsrail vətəndaşı Aleksander Qorenşteyn “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin üzərində olan və gömrük orqanına əvvəlcədən mütləq qaydada yazılı formada bəyan etməsi tələb olunan xarici valyutanı gömrük orqanına bəyan etməyib:

“Aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasını keçərkən hərəkətləri şübhə doğurduğu üçün A.Qorenşteyn gömrük əməkdaşları tərəfindən saxlanılıb və sorğu-sual zamanı o, əynindəki şalvarın iç hissəsində 10000 dolların olduğunu bildirib.

Şəxsi yoxlama zamanı isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə A.Qorenşteynin əynindəki şalvarın ön tərəfdən iç hissəsinə sonradan tikilmiş sağ və sol ciblərdə gömrük nəzarətindən gizlədilən 33000 dollar və üzərində olan pul qabından gömrük orqanına bəyan etmədiyi 2000 dollar və cəmi 35000 dolları aşkar edilərək götürülüb.

Ölkə ərazisinə gətirilməsini təsdiq edən sənəd, eləcə də yazılı bəyannamə təqdim edilmədiyindən qeyd edilən əməl gömrük orqanı tərəfindən külli miqdarda xarici valyutanın Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməməklə və gömrük nəzarətindən gizli keçirilməsi kimi qiymətləndirilərək müvafiq protokol tərtib edilib”.

Faktla bağlı araşdırma aparılır.

14:10

Ötən gün gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarşı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair məlumatlar yayılıb.

Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı məlumat yayıb. 

Komitə bildirir ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb.

Bunu aşağıdakı videoçəkilişdən də aydın görmək olar. Faktla bağlı ətraflı məlumat veriləcək.

U.A.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri