23 
May
2017
12:31
57
25
1822
Virtual karabakh

Azərbaycanda xüsusi Arbitraj Məhkəməsi yaradılacaq

23 May, 2017
12:31
1822

Azərbaycanda xüsusi Arbitraj Məhkəməsi yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ələtdə xüsusi Arbitraj Məhkəməsinin (mərkəz) yaradılması təklif edilir.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu, Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı beynəlxalq məsləhətçi – “DP World” şirkəti (BƏƏ) tərəfindən hazırlanmış hesabatda qeyd edilib.

Təklifə görə, həmin mərkəz kommersiya və mülki məsələlərə baxılması ilə məşğul olacaq.

“Burada əsas götürülən hüquq tərəflərin müqavilə ilə seçdiyi istənilən ölkənin hüququ olacaq. Xüsusilə də Böyük Britaniya və Azərbaycan hüququ üstünlük təşkil edə bilər. 

Amma tərəflər istənilən hüquq seçməkdə sərbəstdir. Hakimlər isə yerli (İngiltərədə bu sahə üzrə ixtisaslaşmış yerli kadrlar), yaxud digər ölkələrdən dəvət olunanlar seçilə bilərlər”, - deyə təklif irəli sürülüb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri