23 
May
2017
16:24
35
90
3862
Virtual karabakh

Hesablama Palatası “Azərlotereya”ya xəbərdarlıq edib

23 May, 2017
16:24
3862

Hesablama Palatası “Azərlotereya”ya xəbərdarlıq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əvvəlki illərdə olduğu kimi, “Azərlotereya” ASC üzrə 2015-ci il də mənfəətlə yekunlaşıb, əldə etdikləri xalis mənfəətin (1 mln. 655,1 min manat), habelə müvafiq aktivlər və kapital üzrə mövcud imkanların (pul vəsaitlərinin ilin sonuna qalığı 3 mln. 36,9 min manat, istifadə edilməmiş mənfəəti 5,66 mln. manat) dividendlərinin daha çox ödənilməsi üçün yetərli olmasına baxmayaraq, dövlət büdcəsi qarşısında olan müvafiq öhdəlik tam həcmdə yerinə yetirilməyib. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.

Rəydə qeyd edilib ki, bununla belə, qeyd edilən imkanlar hesabına digər istiqamətlərə müvafiq vəsait xərc edilib:

“Bu halların artıq ənənəvi xarakter aldığını nəzərə alaraq, “Azərlotereya” ASC-nin Müşahidə Şurası tərəfindən, ilk növbədə dövlət büdcəsi qarşısında olan öhdəliklərin vaxtında və tam həcmdə icra edilməsi istiqamətində aidiyyəti qərarların qəbul edilməsini və bunun icrasına nəzarətin gücləndirilməsinin bir daha vacibliyini bildiririk”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri