23 
May
2017
16:11
86
32
2016
Virtual karabakh

“Bank Respublika” 25 yaşını qeyd etdi!

23 May, 2017
16:11
2016

“Bank Respublika” 25 yaşını qeyd etdi!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müstəqil Azərbaycanın ilk banklarından olan “Bank Respublika”nın 25 yaşı tamam oldu. Bank 22 may 1992-ci ildə təsis olunub və fəaliyyətinin ilk vaxtlarından müştərilərin rəğbətini qazanmışdır. 

Bu gün “Bank Respublika” ölkə banklarının ilk onluğunda yer tutur və “Sizə Faydalı” şüarına sadiq qalaraq fiziki, həmçinin hüquqi şəxslərə effektiv maliyyə xidmətlərini tam çeşiddə təqdim edir. 

Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü “DEG İnvestisiya” şirkəti və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü “Sparkassen International Development Trust”.
Yubiley münasibətilə bank bir çox sürprizlərlə öz müştərilərini bütün ilboyu sevindirəcək. İlk iki kampaniya artıq start verilib.

Kampaniya çərçivəsində nağd kreditlər 0% komissiya ilə təklif olunur. Bundan başqa, may ayında anadan olanlara plastik kartlar ilkin mədaxilsiz təqdim olunur. 

Yaxın günlərdə “Bank Respublika” aktual maliyyə məhsulları üzrə müştərilər üçün yeni imkanlar yaradan daha iki kampaniyaya başlayır. 

25 yaşını bank öz müştəri və tərəfdaşları ilə birgə bankın filial şəbəkəsi üzrə və Baş Ofisində bayram tədbiri təşkil edərək qeyd etdi.

“Bank Respublika”, 25 il Sizə faydalı!

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri