23 
May
2017
23:28
24
279
4426
Virtual karabakh

Nazir: Beynəlxalq Bank tezliklə özəlləşdiriləcək

23 May, 2017
23:28
4426

Nazir: Beynəlxalq Bank tezliklə özəlləşdiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səhmləri dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tezliklə özəlləşdiriləcək, lakin bu proses 2018-ci ildən tez baş verməyəcək”. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası ilə bağlı planı beynəlxalq kreditorlara təqdim etmək üçün Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olan maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, bank ilk növbədə balans göstəricilərini “səhmana salmalıdır”. "Real olaraq özəlləşdirilmə prosesi 2018-ci ildən tez baş tutmayacaq”, - deyə o bildirib.

Qeyd edək ki, ABB-də dövlətə məxsus səhmlər 91,3%-ə (Maliyyə Nazirliyi - 76,7%, Aqrarkredit - 14,6%) çatıb.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri