24 
May
2017
12:35
45
44
2110
Virtual karabakh

Bravo, “Expressbank!”

24 May, 2017
12:35
2110

Bravo, “Expressbank!”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müştərilərinin maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinin qayğısında olan “Expressbank” ənənəyə sadiq qalaraq növbəti yeni aksiyanı təqdim edir.

Tək ölkəmizdə deyil, bütün Qafqazda ən böyük ticarət mərkəzlərindən biri olan “Gənclik Mall”da fəaliyyət göstərən “Bravo” supermarketdə və Əhmədli qəsəbəsində fəaliyyət göstərən “Bravo” hipermarketdə “Expressbank”ın plastik kartları ilə ödəniş etmək iki qat sərfəlidir.

Belə ki, 22 may – 22 iyun tarixlərində “Expressbank”ın istənilən “Mastercard” və ya “Maestro” kartları ilə minimum 40 AZN həcmində ödəniş edən bütün müştərilər ödəniş qəbzini “Bravo” supermarketin Müştəri Xidmətləri masasına təqdim etməklə müxtəlif hədiyyələrə sahib olacaqlar.

Amma bu son deyil! “Expressbank”ın plastik kart sahibləri “ExpressClub” layihəsi çərçivəsində ölkədaxili POS-terminallar vasitəsi ilə xərclədikləri vəsaitin bir hissəsini kartlarına geri aldıqlarından, “Bravo” supermarketində alış-veriş onlar üçün daha sərfəli olacaq.

Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər “Expresso” kartlarını 5 AZN, “Maestro” kartlarını 6 AZN, “MasterCard Standart” kartlarını isə 8 AZN-ə əldə edə bilərlər.

Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə “MasterCard Gold”, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə “MasterCard Platinum” kartlarını pulsuz sifariş etmək mümkündür.

Müştərilər həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya “ExpressClub” layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərini gəlirə çevirə bilərlər.

“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri