24 
May
2017
17:27
234
42
3207
Virtual karabakh

Türkiyədə ev alan azərbaycanlılar çoxalıb

24 May, 2017
17:27
3207

Türkiyədə ev alan azərbaycanlılar çoxalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan vətəndaşları bu ilin aprel ayında Türkiyədə 65 ev satın alıblar ki, bu da əvvəlki ayla müqayisədə 30% çoxdur. Ümumiyyətlə, Azərbaycan vətəndaşları bu ilin yanvar-aprel ayları ərzində Türkiyədə 224 ev alıblar. Bu da illik müqayisədə 4,2% artım deməkdir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin rəsmi statistikası məlumat yayıb.

Azərbaycan vətəndaşları apreldə Türkiyədə ən çox ev alan xarici vətəndaşlar arasında 7-ci yeri tutublar. Azərbaycanı bu siyahıda 245 evlə İraq, 185 evlə Səudiyyə Ərəbistanı, 169 evlə Küveyt, 99 evlə Rusiya, 81 evlə Əfqanıstan və 74 evlə Almaniya qabaqlayıb. Ümumiyyətlə, bu ilin ilk 4 ayı ərzində ev alan xarici vətəndaşların siyahısında isə Azərbaycan İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Əfqanıstan, Rusiyadan sonra 6-cı yeri tutub.

Xatırladaq ki, Azərbaycan vətəndaşları Türkiyədə 2016-cı ilin aprel ayında 47 ev alıblar. Ümumiyyətlə, 2016-cı ilin yanvar-aprel ayları ərzində isə azərbaycanlılara ev satışı 215 ədəd təşkil edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri