24 
May
2017
17:45
27
79
4010
Virtual karabakh

“Bank Standard”ın kredit portfelinin 95%-i üzrə ciddi gecikmə var

24 May, 2017
17:45
4010

“Bank Standard”ın kredit portfelinin 95%-i üzrə ciddi gecikmə var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin kredit portfelinin həcmi 2017-ci il mayın 1-nə 741 mln. manat təşkil edib”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Bankda yaradılmış Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında qurumun sədri Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, bu kreditlərin cəmi 5%-i işlək, 95%-i isə ciddi gecikməsi olan kreditlərdir: “Qeyri-işlək kreditlərin 58%-i tam təminatsızdır. 

Qalan kreditlər isə təminatlı olsa da, “KPMG” audit şirkətinin qiymətləndirməsinə görə, onların təminatı zəifdir. Fond ötən ilin oktyabr ayından indiyə qədər verilmiş kreditlər üzrə 40,4 mln. manat vəsait toplayıb”.

Ə.Həsənov onu da qeyd edib ki, indiyə qədər “Bank Standard”ın 45 min 235 kreditorunun tələbləri qeydə alınıb: 

“Bunun 43 min 272-si fiziki şəxslərdir, onların bankdan alacaqları 156 mln. manatdır. Həmçinin, 1 min 963 kreditorun tələbi qeydə alınıb ki, onlara da “Bank Standard”dan 1,043 mln. manat verilməlidir. Bir məsələ də var ki, kreditorların reyestrini hələ də məhkəmə təsdiq etməyib. 

Bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etməliyik, çünki Fond (ADIF) vaxtında məhkəməyə müraciət edib, amma hansısa hakim bu işi ləngidir. O hakim barədə də tədbir görülməlidir”.

Komitə sədri, həmçinin təklif edib ki, “Bank Standard”ın kredit portfelinin tərkibi barədə də kreditorlara məlumat verilsin: “Kreditorlar bilməlidir ki, bu batmış kreditlər kimlərə və necə verilib, kimlər buna görə məsuliyyət daşıyır”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri