24 
May
2017
18:18
18
81
1560
Virtual karabakh

“Bank Standard”ın əmlakı barədə məlumatlar internetdə yerləşdiriləcək

24 May, 2017
18:18
1560

“Bank Standard”ın əmlakı barədə məlumatlar internetdə yerləşdiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin satışa çıxarılacaq bütün əmlakları barədə məlumatlar Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) internet səhifəsində yerləşdiriləcək.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu açıqlama ilə ADİF-in icraçı direktoru Azad Cavadov “Bank Standard”ın Kreditorlar Komitəsinin bugünkü iclasında çıxış edib.

O, bu barədə bankın əmlakı barədə məlumatların ətraflı təqdim edilməməsi barədə ittihamlara cavab verərkən danışıb və əmlakların satışının şəffaf şəkildə həyata keçiriləcəyini deyib.

A.Cavadov onu da qeyd edib ki, bu gün pulunu gözləyən kreditorlar vaxtilə vəsaitlərini “Bank Standard”da sığortasız, yüksək faizlə yerləşdiriblər: “Həmin vəsaitlər isə əksər hallarda təminatsız müxtəlif fiziki və hüquqi şəxslərə verilib. İndi həm də bu işlərə rəhbərlik edən şəxslərin məsuliyyətə cəlb edilməsinə çalışırıq və gec-tez, bu, olacaq”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri