24 
May
2017
20:53
33
91
2970
Virtual karabakh

“Fitch” ABB-nin reytinqini məhdud defolt səviyyəsinədək endirib

24 May, 2017
20:53
2970

“Fitch” ABB-nin reytinqini məhdud defolt səviyyəsinədək endirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının xarici valyutada “emitentin” uzunmüddətli defolt reytinqini “CCC” səviyyəsindən “RD” (məhdud defolt) səviyyəsinədək endirib.

Oxu.Az “APA-Economics”ə istinadən xəbər verir ki, qısamüddətli reytinq “C” səviyyəsindən “RD” səviyyəsinədək salınıb.

Hər iki reytinq RWE (yenidən baxılma) siyahısından çıxarılıb.

Bankın dayanıqlılıq reytinqi “f” səviyyəsində saxlanılıb. Banka verilən dəstək “5” səviyyəsində təsdiqlənib.

Reytinqin endirilməsi bankın elan etdiyi restrukturizasiya planı ilə əlaqədardır. “Fitch”in meyarlarına əsasən, restrukturizasiya ümidsiz borcların mübadiləsi deməkdir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri