25 
May
2017
22:25
33
110
5322
Virtual karabakh

Bitkoinin qiyməti 2700 dollara çatıb

25 May, 2017
22:25
5322

Bitkoinin qiyməti 2700 dollara çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bitkoin virtual kriptovalyutanın qiyməti bugünkü birja hərracları zamanı 2 700 ABŞ dollarına yüksələrək yeni rekord səviyyəyə çatıb. 

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Report “Investing.ru” saytına istinadən xəbər verir.

Məlumata əsasən, buna səbəb getdikcə daha çox şirkətin bitkoinlə işləməyə hazır olmasını bildirməsidir. Belə ki, Yaponiyanın "PeachAviation" aviaşirkəti tezliklə bitkoin vasitəsilə bilet sata biləcəyini açıqlayıb.

Kriptovalyutaya tələb investorların siyasi risklərdən uzaq qalmaq istəməsi ilə yüksəlir. Qeyd edək ki, hazırda bitkoinə ən böyük tələb Yaponiyadan gəlir. Baxmayaraq ki, yapon yeni onsuz da maliyyə bazarlarında risksiz valyuta sayılır.

Xatırladaq ki, 7 il əvvəl 5 dollarlıq bitkoin alan insan hazırda onu 4,4 mln. dollara sata bilər. İlin əvvəlindən isə bitkoinin qiyməti 1 700 dollar və ya 2,8 dəfə artım göstərib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri