26 
May
2017
08:46
45
98
1381
Virtual karabakh

İran neft hasilatını gündəlik 5 milyon barelə çatdırmaq niyyətindədir

26 May, 2017
08:46
1381

İran neft hasilatını gündəlik 5 milyon barelə çatdırmaq niyyətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran yaxın 5 il ərzində neft hasilatının həcmini 20 faiz artıraraq, sutkada 5 mln. barelə çatdırmaq niyyətindədir.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft naziri Bijan Zanqane bildirib. 

Nazir qeyd edib ki, hasilatın həcminin artırılmasını yeni yataqların inkişafı və istismar edilən  obyektlərdə texnologiyaların təkmilləşdirilməsi ilə əlaqələndirib.  

Aprelin sonunda Zanqane İranda neft hasilatının həcminin sutkada 3,8 mln. barel təşkil etdiyini bildirmişdi.

Qeyd edək ki, 2016-cı ilin noyabrın 30-da OPEC dünya bazarında neftin qiymətini stabilləşdirmək məqsədi ilə neft hasilatının həcminin sutkada 1,2 mln. barel azaldılmasına dair razılıq əldə edib. Sövdələşməyə əsasən, İrana hasilat həcmini sanksiyalardan əvvəlki səviyyəyə çatdırmaq şansı verilib.  

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri